Bu web saytı ziyarət etdiyiniz və sayt vəsitəsilə təklif etdiyimiz xidmətlərdən yararlandığınız zaman sizə və tələb etdiyiniz xidmətlərlə əlaqəli olaraq əldə etdiyimiz bilgilərin hansı formada istifadə olunacağı və qorunacağı bu Məxfilik Müqaviləsində qeyd olunan şərtlərə daxildir. Bu web saytı ziyarət etməklə və sayt vasitəsilə təklif etdiyimiz xidmətlərdən yararlanmağı tələb etməklə bu Məxfilik Müqaviləsində göstərilən şərtləri qəbul etmiş sayılırsınız.

emsan.com.az, müştərilərinə daha keyfiyyətli xidmət verə bilmək məqsədilə bəzi şəxsi məlumatlarınızı (ad, soyad, yaş, maraq dairəniz, telefon nömrəniz və s.) sizlərdən tələb edə bilər. Şirkətimizin serverlərində toplanan bu məlumatlar, dövri kampaniyalar, müştəri profillərinə görə özəl promasiya fəaliyyətlərinin qurulması və istənilməyən SMS göndərilməsi zamanı müştəri sinifləndirilməsi çalışmalarında sadəcə Şirkət daxilində istifadə olunmaqdadır.

Şirkət, saytda qeydiyyatdan keçmiş müştərilərdən topladığı məlumatları, sözügedən müştərinin xəbəri və ya təlimatı olmadan, üçüncü şəxslərlə heç bir şəkildə paylaşmır, fəaliyyət xarici heç bir səbəblə, ticarət məqsədilə istifadə etmir və satmır.

emsan.com.az, sayta qeydiyyat formlarında istədiyi şəxsi məlumatların xaricində sayt istifadəsi zamanı izlədiyi, ziyarətçi hərəkət və seçimlərini analiz edir. Şəxsi məlumatlara aid olmayan bu statistik məlumatlar, Şirkətin iş ortaqları ilə paylaşıla bilər.

Müştəri məlumatları, ancaq rəsmi qurumlar tərəfindən qanun çərçivəsində bu məlumatların tələb edilməsi halında sərəncamverici rəsmi orqanlara açıqlanacaqdır.

Müştərinin sistemə daxil etdiyi bütün məlumatlar sadəcə Müştəri tərəfindən əlçatılandır və bu məlumatları sadəcə Müştəri dəyişə bilər. Başqasının bu məlumatları əldə etməsi və bunları dəyişdirməsi mümkün deyildir.

Ödəmə səhifəsində istənən bank kartı məlumatlarınız, saytdan alış-veriş edən siz dəyərli müştərilərimizin təhlükəsizliyini ən üst səviyyədə tutmaq məqsədilə heç bir şəkildə emsan.com.az və ya ona xidmət göstərən şirkətlərin serverlərində saxlanılmır. Bu şəkildə ödəməyə dair bütün prosedurların emsan.com.az interfeysi üzərindən bankınız və komputeriniz arasında gerçəkləşməsi həyata keçirilir.

Saytımızda bir satınalma həyata keçirdiyiniz zaman sizə aid maliyyə məlumatlarının, gördüyünüz işin həyata keçməsi üçün lazım olan üçüncü şəxslərə (banklara, kredit kartı şirkətlərinə və s.) verilməsini qəbul edirsiniz. Əks təqdirdə satınalma prosedurunu tamamlamağınız mümkün deyil.

Web saytımız digər web saytlara link verə bilər. Gizlilik Müqaviləmizdə yerləşən qaydalarımız sadəcə web saytımız daxilində keçərlidir və digər web saytlara aid deyil.

Web saytımızda yerləşdirilən məlumat, material və bunların ortaya çıxarılmasındakı müəllif hüquqları, Şirkətimizə aiddir.

Müştərilərimizin şəxsi məlumatlarının gizliliyini qorumaq məqsədilə sistem və internet infranstrukturu ən üst səviyədə tutularaq bütün gərəkli tədbirlər görülmüşdür. Əlavə məlumat almaq üçün müraciət etməyə çəkinməyin.

emsan.com.az aşağıdakı vasitələrdən əlaqə saxlaya bilərsiniz.

Ünvan: Heydər Əliyev prospekti 167, Bina 1A, AAAF Park – Xırdalan

Telefon: +994773422401

Müştəri Xidmətləri: +994123420222

© 2020 Emsan Azərbaycan. Bütün Hüquqlar Qorunur