Saytınızda Bank Kartı Məlumatlarımı Daxil Etməyim Təhlükəsizdir?

emsan.com.az, bank kartları ilə edəcəyiniz alış-verişlərdə təhlükəsizliyiniz üçün ən son texnologiya və servis xidmətlərini istifadə edir. Saytımız, banklar tərəfindən istifadə edilən EV SSL sertifikatna sahibdir. EV SSL sertifikatı sayəsində təhlükəsizliyinizi riskə atmadan alış verişi edə bilərsiniz.

Emsan.com.az, online ödəmə üçün Kapital banka aid e-ticarət POS sistemini istifadə edir.

Bizimlə paylaşdığınız bank kartı məlumatlarınız; ünvan, telefon və s. Şəxsi məlumatlarınız heç bir şəkildə başqa qurumlarla paylaşmayacaqdır və gizli tutulacaqdır.

Alış-Verişimə Hansı Formada Ödəniş Edə Bilərəm?

Saytımızdan verəcəyiniz sifarişləri kredit kartınızı istifadə edərək nağd ya da taksitlə, Bank kartı ilə və ya qapıda nağd şəkildə həyata keçirə bilərsiniz.

Hansı Kredit Kartları İlə Taksitli Ödəmə Edilə Bilər?

Saytımızdan edəcəyiniz alış-verişlərdə müqaviləli kredit kartları ilə 12 taksitə qədər ödəmə edə bilərsiniz.

Saytımızda istifadə edə biləcəyiniz müqaviləli kredit kartları:

  • BirKart (bütün növləri)

Çatdırılma Ünvanları Hara Olmalıdır?

Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonlarından olan bütün sifarişlər ünvana çatdırılır.

Necə Sifariş Verə Bilərəm?

Online mağazada bəyəndiyiniz məhsulları istədiyiniz miqdarda səbətinizə əlavə edərək online alış-veriş edə bilərsiniz. Alış-verişinizi tamamladıqdan sonra sağ üst bölmədə yerləşdirilən SƏBƏTİM düyməsindən istifadə edərək ünvan və ödəniş məlumatlarını daxil edib təhlükəsiz bir şəkildə sifarişinizi verə bilərsiniz.

Ödəniş Metodları Hansılardır?

Nağd ödəniş, bank kartı və ya kredit kartlarını istifadə edərək online mağazamızdan güvənlə alış-veriş edə bilərsiniz. Çalışdığımız bankların təklif etdiyi kredit kartları vasitəsilə ən çox 12 taksit seçimindən faydalana bilərsiniz.

Kart Məlumatlarımın Təhlükəsizliyi Qorunurmu?

Saytımızdan etdiyiniz alış-verişlərdə kredit kartı məlumatlarınız sadəcə sifariş həyata keçirilərkən istifadə olunur. Sistemimizdə kredit kartı məlumatlarınız heç bir halda saxlanılmır. Etdiyiniz əməliyyatlar SSL Sertifikatları ilə şifrələnərək gerçəkləşdirilir.

Ölkə Xaricindən Sifariş Edə Bilərəm?

Ölkə xarici satışlarımız müvcud deyildir.

Tükənən Məhsullar Nə Zaman Stoka Daxil Olacaq?

Satın almaq istədiyiniz məhsulun açıqlama səhifəsindəki “Stoka Girəndə Xəbər Ver” düyməsindən istifadə etməyiniz yetərlidir. Məhsul stoka daxil olduğu an SMS bildirişi alacaqsınız.

Sifarişlərim Neçə Günə Çatdırılar?

Hər məhsul üçün çatdırılma tarixi fərqli ola bilər. Qəbul olunan sifarişlər 3 (üç) iş günü içində ünvana çatdırılır. Bu məlumat anlıq stoklar üçün keçərlidir. Stokların tükənməsi ya da stok yenilənməsi vəziyətində tarixdə dəyişiklik ola bilər.

Məhsullar Qırıq/Defekt Çatdırıldığı Halda Nə Edə Bilərəm?

Məhsullar çatdırılan zaman yoxalnılaraq çatdırılma xidmətinə təhvil verilir. Çatdırılma zamanı məhsulları yoxlayaraq qəbul etməyiniz tələb olunur. Məhsulda defekt aşkarladığınız halda məhsulu qəbul etməyə, çatdırılma xidməti ilə geri qaytara bilərsiniz. Bu zaman sizə həmin növ məhsulun çatdırılması yenidən həyata keçiriləcək. Yoxlanılmadan qəbul edilən məhsullarda aşkarlanan problem üçün müraciətlər qəbul olunmur.

Sifariş Vəziyyətini Necə Öyrənə Bilərəm?

İstifadəçi girişi edildikdən sonra ana səhifədə sağ üst bölmədə yerləşdirilən Profil düyməsindən SİFARİŞLƏRİM alt bölməsindən və SİFARİŞİ YOXLA bölməsindən sifarişinizə nəzarət edə bilərsiniz.

Sifarişimin İçində Dəyişiklik Edə Bilərəm?

Sifarişinizdəki məhsullar üçün hər hansı bir miqdar dəyişikliyi mövcud deyildir.

Ödəmə həyata keçilirilən sifarişləri ləğv edə bilərsiniz və ya sifarişiniz sizə çatdırıldıqdan sonra sifarişinizdəki məhsulların hamısını və ya bir qismini istifadəçi hüquqları qaydaları çərçivəsində geri qaytara bilərsiniz.

Çatdırılma Vaxtı Evdə Olmasaq Nə Olar?

Əgər təslim adresində heç kim olmasa, məhsul anbara geri qaytarılır. Növbəti 3 (üç) iş günü içində yenidən göndərilir.

Məhsulu Mağazadan Ala Bilərəm?

Online mağazamızdan verdiyiniz sifariş, sifarişdə qeyd etdiyiniz ünvana təslim edilir. Mağazadan təslim almaq öncədən müştəri xidmətlərinə bildirməyiniz tələb olunur.

Hazırlanır Nə Deməkdir?

Sifarişini verdiyiniz məhsul ana anbar stoklarında var isə qısa vaxt ərzində hazırlanma müddətinə daxil olur.

Geri Qaytarma Və Dəyişdirmə Müddəti Neçə Gündür?

Geri qaytarma / Dəyişdirmə müddəti məhsulu təslim aldıqdan sonra 14 gündür.

Məhsulu Geri Qaytarmaq İstəyirəm, Nə Etməliyəm?

Alınan məhsulları Geri Qaytarmaq üçün məhsul sizə çatdırıldıqdan 14 gün içində məhsulların qəbzləri ilə birlikdə mağazalarımıza yaxınlaşaraq məhsulları geri qaytara bilərsiniz. Bunun üçün məhsula və qablaşdırılmasına zərər dəyməməlidir.

Qaytardığım Məhsulların Ödənişi Kartıma Hansı Müddətdə Geri Qaytarılacaq?

Məhsulun mağazalarımız tərəfindən geri qaytarılması təsdiq olunmasından 15 iş günü içində məhsula ödədiyiniz məbləğ ödənişi etdiyiniz karta geri qaytarılacaqdır.

Sifarişim Yalnış Göndərilib, Nə Etməliyəm?

Yanlış və ya kəsir göndərilən məhsulları çatdırılma xidməti ilə birlikdə geri göndərməyinizi, məhsulu qəbul etməməyinizi, müştəri xidmətlərimizə məlumat verməyinizi xahiş edirik.

© 2020 Emsan Azərbaycan. Bütün Hüquqlar Qorunur